Dağlar diyarı Lerik rayonunda Ulu Öndərə olan sonsuz xalq məhəbbəti onun ad günü ilə bağlı keçirilən silsilə tədbirlərdə bir daha özünü göstərir. Bu münasibətlə Lerik Rayon İcra Hakimiyyəti və YAP Lerik rayon təşkilatının dəstəyi, Lerik Rayon Gənclər və İdman İdarəsi təşkilatçılığı sayəsində baş tutan 9-11-ci sinif şagirdləri arasında futbol üzrə rayon birinciliyi maraq dairəsinə görə həmişəlik yaddaşlara yazıldı.
Lerikli futbol azarkeşlərinə dərin sevinc bəxş edən yarış artıq başa çatmışdır. Yaşıl meydançanı qələbə ilə tərk edən komandaların mükafatlandırılma mərasiminə gələn Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Milli Məclisin deputatı İqbal Məmmədov idmançılar qarşısında çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, bütün mənalı həyatını xalqına, Vətəninə verən Ulu Öndərin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən söhbət açdılar və birincilikdə qalib gəlmiş komandaları təbrik etdilər. Natiqlər həm də yarışın təşkilində əsas məqsədin Ulu Öndər Heydər Əliyevin xatirəsinin yad edilməsi, həmçinin məktəblilərin asudə vaxtlarının səmərəli təşkilindən ibarət olduğunu bildirdilər.
Birincilikdə rayonda fəaliyyət göstərən 8 ümumtəhsil məktəbini təmsil edən komandalar mübarizə aparmışdır. Final mərhələsinin nəticələrinə görə bütün rəqibindən güclü oyunu hesabına daha çox azarkeş alqışını qazanan Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin komandası I yeri, şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın komandası II yeri, Cəngəmiran kənd tam orta məktəbin komandası III yeri tutmuşlar .
Yarışda qalib gəlmiş komandalara Lerik Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlarla verildi, eləcə qiymətli hədiyyələr təqdim edildi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü