Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş həvəskarlar arasında velosiped yürüşü təşkil olunub.
“İki sahil” xəbər verir ki, 10-dan artıq həvəskar velosipedçinin iştirak etdiyi turnirin təşkilində əsas məqsəd insanlar arasında ekoloji təmiz nəqliyyat növlərindən istifadənin təbliği, vətəndaşların idmanın bu növünə marağının artırılması, onların aktiv həyata cəlb edilməsi olub.