10 may 2022 17:25
995

Kürdəmirdə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunub - FOTO

Kürdəmir Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının  birgə təkilatçılığı ilə keçirilən tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, YAP rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə rayonun Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzində “Milyonların qəlbində yaşayan lider”mövzusunda elmi-praktik konfrans təşkil olunub. Konfransda Rafiq Quliyevin quruluşçu rejissoru olduğu Ulu Öndər” sənədli filmi nümayiş edilib.

“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov qeyd edib ki, Azərbaycan xalqına və millətinə əvəzsiz xidməti həyatının məqsədi və mənası kimi qəbul edən, Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və ölkəsinin rifahı uğrunda mübarizə meydanında olub və millətinə rəhbərlik edib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyətdir. Sovetlər birliyinin dağılmasından və Azərbaycanın müstəqillik əldə etməsindən sonra dövlətçilik ənənələrinin formalaşdırılmasında mühüm işlər görmüş Ulu Öndər sonralar 1990-cı illərin əvvəllərindən başlayaraq azərbaycançılıq ideologiyasının mühüm elementlərinin inkişaf etdirilməsində əvəzsiz işlər görməklə tarixə düşmüşdür.Digər çıxışçılar  vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevin doğma xalqına ən böyük xidməti ölkənin dinamik strateji inkişaf meyarlarını müəyyən etməklə yanaşı, özü qədər inanıb-güvəndiyi görkəmli və qətiyyətli siyasi lider cənab  İlham Əliyev kimi davamçı hazırlaması olub.