10 may 2022 20:45
2040

“Heydər Əliyev və dövlət uşaq siyasəti” adlı tədbir keçirilib

YAP Şərur rayon təşkilatı Qışlaqabbas kənd ərazi partiya təşkilatının təşkilatçılığı ilə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilmiş “Heydər Əliyev və dövlət uşaq siyasəti” adlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, 10 may 2022-ci tarixində keçirilən tədbirdə YAP Şərur rayon təşkilatının nümayəndəsi Adil Əhmədov, Naxçıvan MR Ali Məclisinin deputatı Turan Həsənova, Vətən müharibəsi qazisi Əmrah Məmmədov və Qışlaqabbas kənd ərazi partiya təşkilatının sədri Ülkər Məmmədova çıxış edərək Ulu Öndərin təhsilə və gənclərə hərtərəfli diqqət və qayığısından, həmçinin, Vətən müharibəsində şanlı Qələbəmizin təməlini məhz ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə başlanılan genişmiqyaslı dövlətçilik, quruculuq, iqtisadiyyatın inkişaf etdirilməsi, ordunun gücləndirilməsi işlərindən başlandığını iştirakçıların diqqətinə çatdırıblar.

Çıxışlardan sonra məktəblilər ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər.

Sonda şeir söyləyən məktəblilərə fəxri fərmanlar təqdim edilib.