Çinin “Tibet Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsi Çunçin şəhərindəki hava limanında uçmağa hazırlaşarkən zolaqdan çıxıb və alışıb.
"İki sahil" xəbər verir ki, bu barədə Çunçin hava limanı məlumat yayıb.
Qeyd edilib ki, hadisə yerli vaxtla səhər saat 8:00 radələrində (Bakı vaxti ilə 4:00) baş verib. Nyinqçi şəhərinə uçmalı olan “Airbus A319-100” tipli təyyarədəki 113 sərnişin və 9 heyət üzvü təxliyə edilib. Hadisə nəticəsində yüngül xəsarət alan 40-dan çox sərnişin xəstəxanalara yerləşdirilib.
Yanğın sönürülüb, hazırda təhqiqat aparılır.
Fransa Ukraynanın Aİ-dən kənar ölkələrdən silah almasını məhdudlaşdırmaq istəyir
İran və Oman Hörmüz boğazında müvəqqəti dəhlizin yaradılmasını müzakirə ediblər