Şimali Koreya lideri Kim Çen Inın tibbi maska ilə görüntüsü yayılıb.
“İki sahil”in “RİA Novosti“yə istinadən verdiyi xəbərə görə, kadrlar Koreyanın mərkəzi televiziyası tərəfindən yayılıb.
O, Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun mayın 12-də keçirilmiş səkkizinci iclasında iştirak edib.
Qeyd edək ki, bu gün Şimali Koreyada ilk dəfə olaraq koronavirusa yoluxma halları qeydə alınıb.
Fransa Ukraynanın Aİ-dən kənar ölkələrdən silah almasını məhdudlaşdırmaq istəyir
İran və Oman Hörmüz boğazında müvəqqəti dəhlizin yaradılmasını müzakirə ediblər