13 may 2022 12:48
967

Məzahir Əfəndiyev Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllim və tələbə kollektivi ilə görüşüb FOTO

89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev seçicilərlə mütamadi görüşlərini davam etdirir. 12 May 2022-ci il tarixində əraziyə növbəti səfəri çərçivəsində deputat Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində müəllim və tələbə kollektivi ilə görüşdü.

“İki sahil” xəbər verir ki,  görüş zamanı millət vəkilinin təşəbbüsü ilə İkinci Qarabağ – Vətən Müharibəsi şəhidləri haqda ərsəyə gələn sənədli filmin nümayişi baş tutdu.

Sonra M.Əfəndiyev milli dəyərlərimiz və vətənpərvərlik ruhunun aşılanması mövzusuna toxunaraq ölkə rəhbərliyinin gənc nəsilin uğurlu, o cümlədən dayanıqlı gələcəyi naminə diqqət və qayğısını xüsusi vurğulamışdır.

 Keyfiyyətli təhsilin əhalinin maariflənməsində, xüsusilə gənclərimizin formalaşmasında rolunu vurğulayan deputat, pandemiya dövrünun çətinlikləri fonunda müasir çağırışların nəzərdən keçirilərək təhsildə yeni idarəçiliyin tətbiq edildiyini qeyd etdi.

Gənclərə öz tövsiyyələrini çatdıran millət vəkili təhsilə məsuliyyətli yanaşmanın bütün uğurların əsası olduğunu vurğuladı.

Daha sonra M.Əfəndiyev kollecin şəraiti və tədris prosesi ilə yaxından tanış oldu, eyni zamanda pedaqoji kollektiv tərəfindən səsləndirilən təkliflər də müzakirə olundu.

Sonda görüş iştirakçıları təşəbbüsünə görə Məzahir Əfəndiyevə minnətdarlıqlarını bildirərək filmin təbliği işində öz səy və bacarıqlarını əsirgəməyəcəklərini vurğulamışlar.