Naftalan Şəhər İcra Hakimiyyətindən “İki sahil” qəzetinə təşəkkür məktubu daxil olub. Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov tərəfindən imzalanan məktubda YAP Veteranlar Şurasınnı üzvü, məşhur “91-lər”dən olan, Əməkdar jurnalist, siyasi elmər üzrə fəlsəfə doktoru Tahir Məmmədova Ulu Öndərin 99-cu ildönümü ilə bağlı rayonda keçirilən konfransda fəal iştirakı ilə bağlı təşəkkür edilir.
Məktubda qeyd edilir: “Azərbaycan xalqının Ümummilli Lideri, müstəsna xidmətləri ilə əbədilik qazanan, Vətəni, xalqı qarşısında misilsiz xidmətlər göstərən, müasir dünya tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət , qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi, xatirəsi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə yad edilən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü çərçivəsində dəvətimizi qəbul edib Naftalan şəhərində “Ulu Öndər Heydər Əliyevin irsi və müasir Azərbaycan” mövzusunda keçirilən elmi konfransda iştirakınız üçün Sizə dərin təşəkkürümüzü ifadə edirik.
Dərin məzmunlu, zəngin və dəyərli fikirlərinizi, araşdırmalarınızı bizimlə bölüşdüyünüz üçün öz adımdan və şəhər ziyalıları adından Sizə dərin hörmət və minnətdarlığımızı bildiririk.”