Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra Hakimiyyəti Başçısının müavini –İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Masallı rayon icra hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, ərazi partiya təşkilat sədrləri və YAP fəalları Vətən müharibəsi qəhrəmanı şəhid İntiqam Əsgərlinin qızı Nur Əsgərlinin doğum günü münasibəti ilə şəhidin Viləş kəndində ailəsini ziyarət etmişlər.
“İki sahil” xəbər verir ki, görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev tərəfindən Şanlı Zəfərimizə öz töhfəsini verən qəhrəmanlarımızdan olan Vətən müharibəsi qəhrəmanının şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılıqlarından bəhs edilib, ailələnin qayğı və problemləri dinlənilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.