15 may 2022 01:46
635

Güləşçilərimiz "Çempionlar" turnirinə 11 medalla start veriblər

Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında “Çempionlar” turniri start götürüb.

"İki sahil" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, ilk 2 yarış günündən sonra Azərbaycan təmsilçiləri 11 medal qazanıb.

Yunan-Roma güləşində Fərid Sadıxlı (55 kq), Ziya Babaşov (63 kq) və Qurban Qurbanov (72 kq) qızıl, Urfan Həsənli (72 kq) və Rauf Əliyev (82 kq) gümüş, Ruslan Nurullayev (72 kq) isə bürünc medal əldə edib.

Sərbəst güləşdə Əbülfəz Nəsirovla (65 kq) Fərid Cabbarov (86 kq) üçüncü yeri tutub.

Qadın güləşində isə Elnurə Məmmədova (55 kq) və Mərziyə Sadıqova (72 kq) çempion olub. Əsmər Canqurtaran (50 kq) isə ikinci yeri tutub.

Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.