15 may 2022 16:09
890

Son yarış gününün ilk qaliblər məlum oldu

May ayının 13-15-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində son yarış günüdür.

Azərbaycan Ağır Atletika Federasiyasından “İki sahil”ə verilən məlumata görə, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.

Bu gün yaşı 15 və 17-yə qədər oğlanlar arasında 73, 81, 89, 96, 102 və +102 kq çəki dərəcələrində qaliblərin adına aydınlıq gələcək.

Artıq ilk çempionlar bəllidir. Yaşı 15-ə qədər oğlanların 73 kq çəki dərəcəsində mübarizəsində toplam 183 kq (78+105) nəticə göstərən Bakı idmançısı Yaşar Qurbanov, yaşı 17-yə qədər oğlanların 73 kq çəki dərəcəsində isə toplam 232 kq (97+135) Lənkəran idmançısı Emin Əkbərov qızıl medala sahib çıxıb.

U-15. 73 kq.

N

Adı

İl

Ölkə/Şəhər

Klub

Çəkisi

Birdən

Təkanla

Toplam

1.

Yaşar Qurbanov

2007

Bakı

Spartak

70.0

78

105

183

2.

Barat Atababayev

2008

Qobustan

UGİM

69.0

38

45

83

3.

Ülvi Səmədov

2009

Şamaxı

AAİK

69.6

30

40

70

 

U-17. 73 kq.

N

Adı

İl

Ölkə/Şəhər

Klub

Çəkisi

Birdən

Təkanla

Toplam

1.

Emin Əkbərov

2005

Lənkəran

Təhsil

71.8

97

135

232

2.

Nəcəf Nəzərov

2006

Qobustan

UGİM

68.1

86

115

201

3.

Orxan Zöhrabzadə

2005

Bakı

Təhsil

71.0

87

102

189

4.

Fuad Qədimov

2005

Sumqayıt

Təhsil

69.2

84

102

186

5.

Mətin Quluzadə

2006

Goranboy

UGİM

70.0

75

85

160

6.

Cavidan Muxtarlı

2006

Sumqayıt

Zirvə

67.1

55

65

120