17 may 2022 12:05
813

Naxçıvan Müəllimlər İnstitutunda keçirilmiş beynəlxalq konfransın materialları nəfis tərtibatda çap olunub FOTO

Müasir dünyaya inteqrasiya edən Azərbaycanda bütün sahələrdə olduğu kimi, jurnal, kitab nəşri sahəsində də yeni standartlar tətbiq edilir. Bu baxımdan  Naxçıvan Müəllimlər İnstitutu   həm məzmun, həm poliqrafiya baxımından yüksək keyfiyyətli elmi konfransların keçirilməsinə və konfrans materiallarının hazırlanmasına xüsusi önəm verir.

Həyata keçirilən təhsil islahatlarının mühüm tərkib hissəsi təhsilin məzmunu və dərslik siyasəti ilə bağlıdır. Naxşıvan Müəllimlər İnstitutu da  bu illər ərzində dünya təcrübəsinə əsaslanaraq yeni dərsliklər və və elmi jurnallar hazırlamağa başlamışdır.

Təhsildə qiymətləndirmə mexanizmlərini öyrənərək, hər il öz mütəxəssislərini  xarici ölkələrin təhsil mütəxəssisləri ilə birgə konfranslarda iştirakını təmin edərək, dünyada qəbul edilmiş meyarlar, standartlar zəminində təcrübə qazanılır və bu təcrübə əsasında təhsilin yüksək səviyyədə tədrisi həyata keçirilir.

26-27 noyabr 2021 ci ildə Naxçıvan Müəllimlər İnstitutunda keçirilmiş “Müasir Təhsilin inkişaf strategiyaları: ugurlar və çağırışlar” movzusunda Beynəlxalq  elmi konfransın materialları çox nəfis şəkildə  çap olunaraq geniş içtimaiyyətin istifadəsinə verilib.  Konfrans materallarının dünya standartlarına uygun kitab halında çapı həm məzmun, həm də yüksək poliqrafik keyfiyyətinə görə fərqlənir.

Əminliklə qeyd edə bilərəm ki, konfrans materiallarının əksəriyyəti yüksək elmi tenderlərlə iştirak edir. Xüsusi ilə də Türkiyənin təcrübəsindən öyrənməklə yanaşı, bu ölkədəki yeni elmi yanaşmaları da özündə əks etdirən məqalələr təqdirəlayiqdir. Elə türk həmkarlarımız da bizim təhsil sahəsindəki yerimizi yüksək qiymətləndirirlər. Bu, institutumuzda xarici tələbələrin təhsil hüququ qazanmalarnda özünü aydın şəkildə göstərir.

Bir sözlə, artıq Naxçıvan Müəllimlər İnstitutunun  öz yolu və təcrübəsi var. Bu gün dünyanın müxtəlif ölkələrində beynəlxalq kitab sərgi və yarmarkaları keçirilir. Təbii ki, həmin sərgilərə gedərkən özümüzlə nəşrlərimizi, dərslik nümunələrini də aparırıq. Sevindirici haldır ki, bu cür kitab və jurnalların nəşri bizim müasir tələblərə cavab verən təhsil standatrlarımızın olmasını əks etdirməklə yanaşı, həm beynəlxalq sərgilər, həm də mədəniyyətlərin dialoquna xidmət edir. Qloballaşan dünyada bütün sahələrdə, o cümlədən kitab sahəsində mübadilə imkanları artıb. Bu tədbirlər nəticə etibarilə elmin təbliğinə, cəmiyyətin mənəvi inkişafına xidmət edir. Bu baxımdan Naxçıvan Müəllimlər İnstitutunun  təşkilatçılığı  ilə keçirilən Beynəlxqalq konfrans materiallarının nəfis tərtibatı və çapı təqdirəlayiqdir.

Ruhəngiz Əliyeva, 
​Pedaqogika üzrə fəlsəfə doktoru