17 may 2022 15:44
635

Masallıda şəhid Zeynal Şahhüseynlinin xatirəsi anılıb - FOTO

Masallı rayonunda şəhid Şahhüseynli Zeynal Fizuli oğlunun doğum günündə əziz xatirəsi anılıb.

“İki sahil” xəbər verir ki,  Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, Masallı RİHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əbülfəz Nuriyev, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, YAP Masallı rayon təşkilatının əməkdaşları və fəalları, rayon ictimaiyyətinin nümayəndələri şəhid Şahhüseynli Zeynal Fizuli oğlunun doğum günü münasibəti ilə şəhidin Masallı şəhərində ailəsini və məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər.

Görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev tarixi Zəfərimizə öz töhfəsini verən qəhrəmanlarımızdan olan şəhidin həyat yolundan, hərbi əməliyyatlar zamanı göstərdiyi şücaətlərdən bəhs edib. Onun xatirəsinin daim ürəklərdə yaşayacağını vurğulayıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.