İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşa şəhərində Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş büstlərini ziyarət ediblər.
“İki sahil” xəbər verir ki, Azərbaycan əsilli məşhur Fransa fotoqrafı Reza Deqati “Güllələnmiş heykəllər”lə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.