19 may 2022 17:11
932

Məzahir Əfəndiyev Göyçayda istehsal prosesi ilə tanış olub - FOTO

Milli Məclisin deputatı Məzahir Əfəndiyev əraziyə səfəri çərçivəsində Göyçay rayonunda “Göyçay-Şərab” ASC-nin kollektivi ilə görüşüb, müəssisədə istehsal prosesi ilə tanış olub.

“İki sahil” xəbər verir ki, görüşdə ilk növbədə millət vəkili müəssisənin fəaliyyəti, habelə zavodun strukturu, iş prinsipləri və qarşıya qoyulan gələcək hədəflər haqda məlumatlandırılıb.

Sonra deputat Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlər əldə etdiyini, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əməli iş görüldüyünü qeyd edib.

Xüsusilə qeyri-neft sektorunun inkişafı üçün görülən işlərin mikroiqtisadi mühitdə sabitliyi təmin etdiyi, habelə sahibkarlığın inkişafının hökumətin gündəliyində əsas prioritet hesab olunan istiqamətlərdən olduğu da vurğulayıb: “Bu gün postpandemiya və postmüharibə dövründə dayanıqlılığı təmin etmək üçün, habelə dördüncü sənaye inqilabının genişlənməsi, rəqabətədavamlı iqtisadi mühitin formalaşması və əhalinin rifah halının yüksəldilməsi məqsədilə müxtəlif iqtisadi sahələrdə Dövlət proqramları həyata keçirilir, əhalinin iştirakçılığı təmin olunur.”

Həmçinin, görüşdə M.Əfəndiyev iştirakçları Milli Məclisdə sahibkarların fəaliyyətinə dəstək olan qanunvericilik təşəbbüsləri, habelə  üzvü olduğu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən dövrdə gördüyü işlər, o cümlədən sahibkarların fəaliyyəti ilə bilavasitə əlaqəli olaraq qəbul olunmuş qanun layihələri haqqında məlumatlandırıb.

Sonda deputat zavod kollektivini maraqlandıran sualları cavablandıraraq onlarla geniş fikir mübadiləsi aparıb.a