20 may 2022 12:35
712

Gəncə sakinindən narkotik götürülüb

Gəncə sakinindən narkotik aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "İki sahil"ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini Nicat Musayev saxlanılaraq şöbəyə gətirilib. Ona məxsus avtomobilə baxış keçirilən zaman yük yerindən 3 kq-dan artıq çəkidə narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.