27 may 2022 01:35
1001

Türkiyə Kubokunun sahibi bəlli oldu FOTO

Futbol üzrə Türkiyə Kubokunun qalibi məlum olub.

“İki sahil” “Haber Global”a istinadla xəbər verir ki, Atatürk Olimpiya Stadionunda keçirilən final matçı “Sivasspor”un “Kayserispor” üzərində 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçın ilk yarısı "Kayserispor"un 1:0 hesablı qələbəsi ilə başa çatsa da, “Sivasspor” 60-cı dəqiqədə hesabı bərabərləşdirib. Sonrakı dəqiqələrdə qapılara qol vurulmayıb və qarşılaşmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb.

Əlavə vaxta sürətli hücumlara başlayan “Sivasspor” 95-ci dəqiqədə Qradelin qolu ilə hesabda 2-1 önə keçib.

“Kayserispor” bu qola 107-ci dəqiqədə İlhan Parlakla cavab verib və matçda hesabı yenidən bərabərləşdirib.

“Sivasspor”un heyətində oyuna 111-ci dəqiqədə daxil olan Konate 113-cü dəqiqədə vurduğu qolla komandasını növbəti dəfə hesabda irəli çıxarıb.

Qalan hissədə qapılara qol vurulmayıb, bununla da “Sivasspor” 3-2 hesabı ilə qalib gələrək kuboka sahib olub.