28 may 2022 13:50
625

Vladanka Andreyeva: Müstəqilik Günün mübarək, Azərbaycan!

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, o, bu barədə tviterdə paylaşım edib.

“BMT-nin Azərbaycandakı nümayəndəliyi adından Azərbaycan dövlətini və xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edirəm. Müstəqilik Günün mübarək, Azərbaycan!”, - paylaşımda deyilir.