"Netflix" video servisi Rusiya ərazisində xidmətini dayandırdığını təsdiq edib.
“İki sahil” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.
Qeyd olunur ki, servisin işinin dayandırılması "Rusiya bazarını tərk etmə tədbirləri" ilə əlaqədardır.
"Netflix" Rusiyanı martın 6-da tərk etdiyini açıqlasa da, abunəçilərin son ödəniş dövrünün başa çatmasınadək ölkədə yayımı davam etdirib.
Mayın 27-də Rusiyada istifadəçilər "Netflix"in işə düşmədiyini bildiriblər.
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu
“Türk Dünyası Həftəsi” - son yüz ildə dünya türkoloqlarını bir araya gətirən elmi görüşlər