Azərbaycanlı model Günay Musayeva keçmiş həyat yoldaşı Tolqa Kareli dördüncü övladının dünyaya gəlməsi münasibəti ilə təbrik edib.
“İki sahil” xəbər verir ki, Günay bununla bağlı Tolqaya mesaj yazdığını bildirib. Cavabında isə "O da mənə buna həssas yanaşdığım üçün təşəkkür etdi" deyə, model vurğulayıb.
Qeyd edək ki, Tolqa ilə Günay 2015-ci ildə boşanıb. Onların bu evlilikdən Cahangir adlı bir oğlu var.