NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-ın paytaxtı Vaçinqtonda Finlandiyanın baş naziri Sanna Marin ilə görüşüb.
"İki sahil" xəbər verir ki, bu barədə NATO-nun baş katibi tviterdə yazıb.
Onun sözlərinə görə, görüş zamanı Finlandiyanın Şimali Atlantika Alyansına mümkün üzvlüyü müzakirə edilib.
"Biz Türkiyənin narahatlıqlarının nəzərə alınmasının, Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı təkliflərinin irəli sürülməsi ehtiyacını müzakirə etdik", - deyə Y.Stoltenberq bildirib.
Finlandiya və İsveçin NATO-dakı səfirləri Klaus Korhonen və Aksel Vernhoff mayın 18-də Y.Stoltenberqə ölkələrinin NATO-ya üzv olması üçün ərizələri rəsmən təqdim ediblər.