06 iyun 2022 00:20
740

Ukraynalı diplomat Almaniyanın siyasətini “rüsvayçılıq” adlandırdı

Ukraynanın Berlindəki səfiri Andrey Melnik Almaniyanın ölkəsinə silah tədarükü ilə bağlı siyasətini rüsvayçılıq adlandırıb.

“İki sahil” xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

“Almaniyanın 102 günlük barbar müharibə ərzində hətta köhnə “Leopard 1” tanklarını və “Marder” zirehli transportyorlarını utanmadan bizə verməkdən imtina etməsi faktı tarixə düşəcək. Bu rüsvayçılıqdır”, - diplomat qeyd edib.