06 iyun 2022 13:17
738

Amerikalı reper güllələnərək qətlə yetirilib

ABŞ-ın Atlanta şəhərində amerikalı rep ifaçısı Trabl güllələnərək öldürülüb.

“İki sahil” xəbər verir ki, 34 yaşlı musiqiçi hadisə yerində ölüb.

Qeyd olunur ki, musiqiçiyə atəş açan şəxs hadisə yerindən uzaqlaşa bilib. Hazırda onun axtarışları aparılır.

Polis hadisə ilə əlaqədar araşdırmalara başlayıb.

Trabl ölümündən bir neçə saat əvvəl Atlantda klubların birində konsert verib.