07 iyun 2022 16:45
594

Kraliçanın ən kiçik nəticəsi görüntüləndi

Böyük Britaniya Kraliçası II Elizabetin nəticəsi, şahzadə Harri ilə həyat yoldaşı Meqan Marklın qızı Lilibetin fotoları internetdə yayılıb.

“İki sahil” xəbər verir ki, kraliçanın nəvəsi ilk doğum günündə görüntülənib.

Şəkillər britaniyalı fotoqraf Misan Harriman tərəfindən Londonda keçirilən şənlik zamanı çəkilib. O, həmin görüntüləri sosial media hesabında paylaşıb.