Bir müddət əvvəl qaraciyərinin bir hissəsini qardaşı Kamran Kərimbəyova verən müğənni Nərmin Kərimbəyovanın səhhəti ağırlaşıb.
“İki sahil” xəbər verir ki, sənətçinin Türkiyədə həyata keçirilən əməliyyatından sonra vəziyyəti hər ötən gün daha da pisləşib. Bu səbəblə də ifaçı təcili olaraq reanimasiyaya yerləşdirilib.
Müğənninin qaraciyərinin bir hissəsi nəql edilən qardaşı Kamran Kərimbəyovun səhhəti isə yaxşılaşmağa doğru gedir.
Qeyd edək ki, Nərminin qardaşı uzun illərdir hepatit B xəstəliyindən əziyyət çəkirdi.
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu
“Türk Dünyası Həftəsi” - son yüz ildə dünya türkoloqlarını bir araya gətirən elmi görüşlər