Vətən Müharibəsi dövründə fəaliyyəti ilə Azərbaycanda da məşhurlaşan türkiyəli aparıcı-jurnalist Fulya Öztürk "Fox TV"də yayımlanan "Fulya ilə umudun olsun" proqramından ayrılmaq qərarı alıb.
"İki sahil" Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Fulya özü açıqlama verib. O, yenidən xəbər bölməsində işləmək istədiyini vurğulayıb:
“Ağlım, ruhum xəbərlərdə qalıb, yeni mövsümdə verilişə çəkilmək istəmirəm”.
Bildirlib ki, artıq aparıcının bu istəyi kanal rəhbərliyinə çatdırılıb.
Qeyd edək ki, Fulya daha əvvəl "CNN Türk"də fəaliyyət göstərirdi. O, ikinci Qarabağ müharibəsinin işıqlandırılmasında fəal iştirak edib.
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu
“Türk Dünyası Həftəsi” - son yüz ildə dünya türkoloqlarını bir araya gətirən elmi görüşlər