Azərbaycan əsilli məşhur reper Jah Xalid (Bəxtiyar Məmmədov) ata olub.
“İki sahil” xəbər verir ki, bu haqda ifaçı Qazaxıstanın NTK telekanalında yayımlanan "Revue" proqramına müsahibəsində deyib. O bildirib ki, övladı mayda dünyaya gəlib.
"Allahın lütfü ilə ata oldum. Yəqin ki, bu, mənim həyatımda bir növ yeni mərhələ olacaq" deyə, o bildirib.
Jah Xalid qızı olduğunu söyləyib. İfaçının anası Ləzzət Məmmədova körpənin adını özünün qoyduğunu deyib. O, nəvəsinə Səfiyə adını qoyub.
Qeyd edək ki, musiqiçi 2020-ci ilin yayında ukraynalı qadınla ailə qurub.
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu
“Türk Dünyası Həftəsi” - son yüz ildə dünya türkoloqlarını bir araya gətirən elmi görüşlər