17 iyun 2022 17:36
932

Çilavert prezidentliyə namizəd oldu FOTO

Paraqvay milli komandasının sabiq qapıçısı Xose Luis Çilavert ölkə prezidentliyinə namizədliyini irəli sürüb.

“İki sahil” xəbər verir ki,  bu barədə sabiq çərçivə qoruyucusu Tvitter hesabında paylaşım edib: 

“Ölkəm üçün daha çox şey etmək istəyirəm. Xalqımızın yenidən yaxşı yaşaması naminə bu addımı atmağa qərar verdim”. 

Qeyd edək ki, Paraqvayda prezident seçkiləri 2023-cü ildə keçiriləcək.