Almaniya Ukraynaya humanitar yardım üçün əlavə 50 milyon avro və NATO-nun CAP fonduna (Ukraynaya Yardım Paketi, Comprehensive Assistance Package) 10 milyon avro ayırır.
“İki sahil”in "İnterfaks-Ukrayna"ya istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Almaniya hazırda humanitar yardım üçün əlavə 50 milyon avro ayırır. Bu vəsait Kiyevdə və cəbhəboyu bölgələrdə insanlara dəstək göstərən BMT təşkilatlarına və QHT-lərə yönəldiləcək", – o bildirib.
Nazir vurğulayıb ki, Almaniya qış üçün əlavə generatorlar təqdim edəcək.
"Bundan başqa, biz NATO-nun CAP fonduna yenidən 10 milyon avro töhfə veririk. Onun köməyi ilə biz digər məsələlərlə yanaşı, Ukrayna hərbçiləri üçün mərkəzləşdirilməmiş enerji təchizatını dəstəkləyir, hərbi hospitalları həyati vacib tibbi avadanlıqlarla təmin edir və dronlara qarşı son dərəcə zəruri mübarizə sistemlərini maliyyələşdiririk", – Vadeful bəyan edib.