IX Qlobal Bakı Forumu çərçivəsində “Qloballaşma və artan bərabərsizlik”
mövzusunda panel iclası keçirilib.
“İki sahil” xəbər verir ki, BMT-nin Ukrayna üzrə sabiq rezident əlaqələndiricisi Francis O’Donnel’in moderatorluğu ilə keçirilən panel iclasında gəlirlərdə qeyri-bərabər keyfiyyətlər, iqtisadi keyfiyyətlərə diqqət yetirmək, qeyri-bərabərliklərin gender ölçüsü və bir sıra mövzular müzakirə edilib.
Panel iclasında çıxışı zamanı Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, bərabərsizliklərin qarşını almaqla uğurlu iqtisadiyyata sahib oluna bilər. Cəmiyyətlərin dəyərlərinə diqqət yetirməli onların gəlir bərabərsizliklərinə də baxmalıyıq. Vergilər ölkədə olan şəraitlərə uyğunlaşmalıdır. Bununla bağlı qanunvericilik aktlarımızın təkmilləşdirməsini davam etdirəcəyik.
Ekvadorun sabiq prezidenti Rosalia Arteaga Serrano həmçinin bildirib ki, qeyri-bərbarsizlik hələ də həllini tapmayan əsas problemlərdən biridir. Bu da öz növbəsində cəmiyyətin inkişafına mane olur.
Panel digər iştirakçıların müzakirələri ilə davam edib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
Bu dəfə “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumunda 50-dın çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. İyunun 18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.
***
Azərbaycanın paytaxtında IX Bakı Qlobal Forumu çərçivəsində "Qloballaşma və Artan Bərabərsizliklər" mövzusunda panel iclası keçirilir.
"İki sahil" xəbər verir ki, BMT-nin Ukrayna üzrə sabiq rezident əlaqələndiricisi Fransis O’Donnellin moderatorluğu ilə keçirilən panel iclasında diqqətin iqtisadi bərabərsizliklər üzərində cəmləşdirilməsi, azlıqlara qarşı ayrı-seçkilikdən irəli gələn bərabərsizliklər, sərvət və gəlirlərdə qeyri-bərabərliklər, varlılar üçün vergi sığınacaqlarının qarşısının alınması və vergi sistemində daha böyük bərabərlik yaradılması məqsədilə qlobal vergi rejiminin dəyişdirilməsi, müvafiq konvensiyalarda təsbit edilmiş belə qlobal vergi tədbirlərinin effektiv şəkildə həyata keçirilməsi, bu sahədə görülən tədbirlərin istənilən məsələdə və hesablamada ən aztəminatlı təbəqə olaraq qalan yoxsullara fayda verməsinin nə qədər təmin edilə bilməsi, həmçinin digər məsələlərlə bağlı fikir mübadilələri aparılır.
Panel müzakirələrində Dünya Bankının sabiq vitse-prezidenti Mats Karlsson, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Ekvadorun sabiq Prezidenti Rosaliya Arteqa Serrano, UNESCO-nun 36-cı Baş Konfransının prezidenti, Macarıstanın sabiq BMT və UNESCO səfiri, Women4Diplomacy-nin qurucusu Katalin Bogyay, Dünya İncəsənət və Elm Akademiyasının prezidenti Harri Yakobs, Latviyanın sabiq Baş naziri Laimdota Strauyuma və Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku iştirak edirlər.
Kamran Bayramov: Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətləri müasir çağırışlara cavab verir
Azərbaycan–Özbəkistan münasibətləri Türk dünyasının inteqrasiyası üçün nümunəvi model formalaşdırır
Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib