Rumıniyanın, Xorvatiyanın və Bolqarıstanın qabaqcıl KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu və tədbirdə dövlətimizin başçısının söylədiyi nitqində verdiyi mesajları geniş işıqlandırıb.
"İki sahil" xəbər verir ki, xarici KİV-də dərc olunan çoxsaylı materiallarda Forumun əhəmiyyəti vurğulanır. News24hours xəbər portalı, Bnr.bg, Fakti.bg, News.bg, Stjepanmesic.hr və digər mətbuat orqanlarında Forumun hazırda dünyanı narahat edən problemlərin həlli yollarının müzakirəsi baxımından böyük əhəmiyyət daşıdığı qeyd edilir. Diqqətə çatdırılıb ki, Forumda, həmçinin Azərbaycan Prezidenti tərəfindən Ermənistana mühüm mesajlar verilib.
Kamran Bayramov: Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətləri müasir çağırışlara cavab verir
Azərbaycan–Özbəkistan münasibətləri Türk dünyasının inteqrasiyası üçün nümunəvi model formalaşdırır
Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib