Qarabağda bərpa işlərinin sürətinə heyranıq.
“İki sahil” xəbər verir ki, bunu San-Fransiskodan olan səyyah Çarlz Villi şənbə günü mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, Azərbaycan Qarabağın tarixi və orada baş vermiş hadisələr haqqında daha çox məlumat verməlidir.
"Bu gün Azərbaycan dağıntıları, eləcə də bərpa prosesinin gedişini göstərmək üçün daha çox ziyarətçi cəlb etməlidir", - Çarlz Villi bildirib.
Onun sözlərinə görə, Qarabağda infrastrukturun bərpası sürəti insanı heyrətə gətirir.
"Bütün şəhərlərin yer üzündən silinməsi dəhşətlidir. Eyni zamanda, infrastruktur obyektlərinin bərpası sürəti bizi heyrətə gətirdi", - deyən San-Fransiskodan olan səyahətçi Zəngilan və Laçında tikilməkdə olan hava limanlarını da qeyd etdi.
Digər qonaqlar da bərpa işlərinin heyrətamiz nəticələrinə, Qarabağın bənzərsiz təbiətinə heyran qaldıqlarını bildirib, bu bölgəyə yenidən səfər etmək ümidində olduqlarını qeyd ediblər.
Xatırladaq ki, dünyanın 10 ölkəsindən 24 beynəlxalq səyahətçidən ibarət qrup Qarabağ şəhərlərinə üç günlük səyahət edib. Qonaqlar Xocavənd rayonundakı Azıx mağarasında, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında olub, səyahətlərini Zəngilanda başa vurublar.
Kamran Bayramov: Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətləri müasir çağırışlara cavab verir
Azərbaycan–Özbəkistan münasibətləri Türk dünyasının inteqrasiyası üçün nümunəvi model formalaşdırır
Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib