22 iyun 2022 18:14
849

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Türkiyədə səfərdədir FOTO

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Türkiyədə səfərdədir

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Türkiyəyə rəsmi səfəri başlayıb.

“İki sahil” xəbər verir ki,  o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Ankarada rəsmi mərasimlə qarşılanıb.

Mərasimdən sonra liderlərin ikitərəfli görüşü başlayıb. Görüşdə ikitərəfli əlaqələr, eyni zamanda, regional və beynəlxalq hadisələr müzakirə olunacaq.

Səfərin nəticələrinə əsasən, iki ölkə arasında ticarət və digər sazişlərin də imzalanması gözlənilir.