22 avqust 2026 09:53
82

Roskomnadzor məşhur bloqerə qarşı məhkəmə iddiası qaldırdı

Roskomnadzor internet reklamları üzrə məcburi ödənişlərin edilməməsi səbəbindən tanınmış bloqer Dina Saevaya (əsl adı - Mədinə İsroilova) qarşı məhkəmə iddiası qaldırıb.

“İki sahil” RBC-yə istinadən xəbər verir ki, Sverdlovsk Vilayəti Arbitraj Məhkəməsinin çıxardığı qərara əsasən, 2025-ci ilin ikinci və üçüncü rübləri üçün D.Saevadan 99 min rubl (təxminən 2 000 manat) məbləğində məcburi ödənişin tutulmasına qərar verilib. Bundan əlavə, o, 8 min rubl məbləğində dövlət rüsumu da ödəməlidir.

Bildirilir ki, məhkəmə qərarının surətini aldıqdan sonra bloqerin on gün ərzində icra prosesi ilə bağlı etirazlarını bildirmək hüququ var.