İranın Azərbaycandakı səfirliyi Azərbaycanın Silahlı Qüvvələri Günü münasibəti ilə Azərbaycan komandanları və ordusunu təbrik edib.
“İki sahil” xəbər verir ki, bununla əlaqədar İranın Azərbaycandakı Səfirliyi özünün tviter səhifəsində paylaşım edib.
“İran Səfirliyi Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Azərbaycan komandanları və ordusunu təbrik edir. İki qonşu ölkənin silahlı qüvvələri arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir. Bu əməkdaşlıq Cənubi Qafqazda və Xəzər dənizində sülh və sabitliyə zəmanət verəcək”, - deyə paylaşımda bildirilir.
Azərbaycan və Özbəkistan: Dərin köklərə və strateji müttəfiqliyə söykənən sarsılmaz dostluq
Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO