“26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” münasibətilə Lerikdə keçirilən "Vətənin Müdafiəsinə Hazıram!" poliation çoxnövçülüyü üzrə rayon çempionatında yarışanlar çağırışaqədərki gənclər idilər. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və GİKM-in Lerik nümayəndəliyinin tərəfdaşlığı sayəsində təşkil edilən çempionata qatılan gənclər 100 və 2000 metr məsafəyə qaçışda, turnikdə dartınma, eləcə qumbara atma üzrə güclərini sınadılar.
Yarışın sonunda Lerik UGİŞM komandası birinci, 3 saylı məktəb ikinci və 1 saylı məktəb üçüncü yerin sahibləri oldular. Qalib olmuş komandalar diplomla təltif edildilər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü