Bu günlər Lənkəranda “Narkomaniyaya yox deyək” devizi altında həvəskarlar arasında üzgüçülük idmanı növü üzrə baş tutan rayon turnirin təşkilatçıları Lənkəran Şəhər Gənclər və İdman İdarəsi, eləcə Lənkəran Olimpiya İdman Kompleksi idi. Özü də üzgüçülük yarışı Lənkəranda ilk dəfə olaraq keçirilirdi. Turnir sağlam həyat tərzini təbliğ etmək, üzgüçülük idman növünün inkişafı, bu idman növünə həvəs göstərən şəxsləri aşkar etmək, onun kütləviliyinə şərait yaratmaq, həvəskarların asudə vaxtını səmərəli təşkili məqsədini daşıyırdı.
Yarışda müxtəlif yaşda olan həvəskarlar qalib adını qazanmaq üçün gərgin mübarizdə qüvvələrini göstərdilər. 12 nəfərin iştirak etdiyi turnir baş hakim Sadiq Həmidovun rəhbərliyi altında başa çatdı.
Sonda təşkilatçılar tərəfindən qaliblər diplomlarla təltif olundu və növbəti aylarda bu yarışı daha da kütləvi formada keçirməyə söz verildi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü