29 iyun 2022 18:56
1623

ADA Universitetində məzun günü keçirilib

ADA Universitetində məzun günü keçirilib.

“İki sahil” xəbər verir ki, məzun günündə tələbələrin valideynləri, bir sıra ictimaiyyət nümayəndələri və media əməkdaşları iştirak edib.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Çıxış edən universitetinin Akademik işlər üzrə prorektoru Dr. Vəfa Kazdal məzun günü münasiətilə tələbələri təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Ardından universitetin fəal tələbələri universitet xatirələrindən danışaraq arzu və istəklərini bildiriblər.

Tədbir konsert proqramı ilə davam edib.