30 iyun 2022 18:06
759

Selçuk Bayraktar Şuşadan yeni fotolar paylaşdı FOTO

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar öz rəsmi tviter hesabında Şuşa şəhərindən yeni fotolar paylaşıb.

“İki sahil” xəbər verir ki,  sözügedən fotolar S.Bayraktar və həyat yoldaşı Sümeyye Erdoğan Bayraktarın may ayında Şuşaya son səfəri zamanı çəkilib.

Xatırladaq ki, S. Bayraktar Bakıda 26-29 may tarixlərində keçirilən “TEKNOFEST Azərbaycan” çərçivəsində ölkəmizə səfər edib.