01 iyul 2022 11:24
923

Deputat Çiyni kəndində seçicilərlə görüşüb - FOTO

Milli Məclisin deputatı Ramil Həsən Ucar rayon Çiyni kəndində Çiyni, Qaradağlı və Məlikballı kəndlərindən olan seçiciləri ilə görüşüb.

“İki sahil” xəbər verir ki, əvvəlcə deputat Ramil Həsən Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva ilə birlikdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin Ucar rayon Çiyni kəndində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər qoyub.

Vətəndaşlar tərəfindən kənd yollarının asfaltlanması, kəndlərdə gənc ailələrin evlərinin elektrik enerjisi ilə təmin olması, kənd ərazilərində meliorativ tədbirlərin aparılmaması, suvarma sisteminin təkmilləşdirilməsi, işsizlik, əlilliyin təyini, sosial müavinət, yol infrastrukturu, müalicə ilə bağlı müraciətlər və şəxsi problemlərin həlli kimi məsələlər ən çox səsləndirilən fikirlərdən olub.

Seçicilərin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi Ramil Həsən tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması məqsədilə müvafiq qurumlara ünvanlanması üçün tapşırıqlar verilib.