01 iyul 2022 16:33
1067

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1908 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İki sahil"ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 579, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 246, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 922, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 161 nəfərdir.