02 iyul 2022 13:49
1082

Şəhidimiz Tərtərdə anılıb

02 iyul  2022- ci il tarixdə rayon təşkilatının sədri Eldar Əsədov, aparatın  məsul işçiləri və bir qrup partiya fəalları, 44 günlük Vətən müharibəsində  şəhidlik zirvəsinə ucalmış  Əliyev Elməddin İlqar  oğlunun doğum günü ilə əlaqədar  dəfn edildiyi  Tərtər rayonunun  Yuxarı Qapanlı  kənd qəbiristanlığındakı  məzarını ziyarət edib,  qəbri  üzərinə gül- çiçək dəstələri qoyaraq, xatirəsini  ehtiramla yad etmişlər.

YAP Tərtər rayon təşkilatından “İki sahil”ə verilən məlumata görə, daha sonra şəhidin valideyinləri ilə görüşüb, onlara dərin baş sağlığı vermişlər.

Şəhid valideyinləri  şəhid ailələrinə göstərilən dövlət qayğısına görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Allah bütün  şəhidlərimizə rəhmət eləsin!