02 iyul 2022 16:50
810

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 2 min 587 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 1 min 350, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 180, “buster” doza ilə peyvənd olunanların sayı 907, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 150 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 771 min 33, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 356 min 495, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 854 min 218 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 310 min 732, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 249 min 588 nəfərdir.