03 iyul 2022 11:43
987

˝LIBRAFF˝ kitab mağazasının ˝Sumqayıt˝ filialı açılıb

İyul ayının 2-də “LIBRAFF” kitab mağazaları şəbəkəsinin “Sumqayıt” filialının açılışı olub.

“İki sahil” xəbər verir ki, Xalq yazıçısı Çingiz Abdullayev rəsmi açılış mərasimində iştirak edib.

Sumqayıt şəhəri, 3-cü mikrarayon, Sülh küçəsi, 176B ünvanında yerləşən yeni filialın açılış mərasimi Azərbaycanın Xalq yazıçısı, məşhur detektiv ustası Çingiz Abdullayevin imza günü ilə əlamətdar olub. Bundan başqa, alıcılar filialın fəaliyyətinin ilk üç günü ərzində mağazanın bütün məhsullarını 20 faiz endirimlə almaq imkanına malik olublar.

Bu, “LIBRAFF” kitab mağazaları şəbəkəsinin sayca 7-ci filialıdır.