03 iyul 2022 15:02
930

Lerikdə şəhidimiz anılıb

Bu gün Lerik rayonunun Anbu kəndində  Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş zabiti, kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun  doğum günü xatirəsi anılıb.

“İki sahil” xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının  nümayəndələri, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidin ailə üzvləri, kənd sakinləri şəhidimizin məzarını ziyarət edib, məzarı önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki şəhid Rəhmətov Əbülfəz Hüseynverdi oğlu 3 iyul 1989-cu ildə Lerik rayonunun Anbu kəndində anadan olub.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı və motoatıcı taborun qərargah rəisi kimi iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 16 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur.Şəhid Əbülfəz Rəhmətov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Eyni zamanda şəhid Əhmədov Tural Əkrəm oğlunun da məzarı ziyarət olunub.

Sonda şəhidin valideyinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib

Allah bütün şəhidlərimizə rəhmət eləsin!