03 iyul 2022 16:48
650

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 1 min 457 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 493, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 168, “buster” doza ilə peyvənd olunanların sayı 671, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 125 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 772 min 490, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 356 min 988, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 854 min 386 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 311 min 403, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 249 min 713 nəfərdir.