09 iyul 2022 01:35
1058

Lerikdə şəhid ailələri ziyarət olunub

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəlimmədova, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, DQHK-nin Lerik rayon komitəsinin sədri Ələkbər Salayev və Lerik Rayon İcra Hakimiyyəti Vətən Müharibəsi və Şəhid ailələri ilə işin təşkili şəbəsinin müdri Rahib Şiriyev ilə birlikdə Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrini ziyarət edib, Qurban Bayramı münasibəti ilə bayram sovqatını ailələrə təqdim ediblər.

“İki sahil” xəbər verir ki, şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.