08 iyul 2022 17:25
1012

Ucarda Qurban bayramı münasibətilə humanist aksiya keçirilib - FOTO

Ucar rayonunda Qurban bayramı münasibətilə humanist aksiya keçirilib.

“İki sahil” xəbər verir ki, aksiya Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü, Missiya Media Qrupunun və İnvest.Az Şirkətlər Qrupunun dəstəyi ilə təşkil edilib.

Bayram aksiyası çərçivəsində 100-dən artıq şəhid ailəsinə və aztəminatlı təbəqənin nümayəndələrinə qurban payları təqdim olunub.