Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı "Dilarə Əliyeva 227" ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.
“İki sahil” xəbər verir ki, bu münasibətlə keçirilmiş təsis iclasında çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, “91-lər”-in nümayəndəsi, partiya üzvü, "Neftin, qazın geotexnoloji problemləri və kimya" Elmi tədqiqat institunun aparıcı elmi işçisi Hacan Hacıyev və digərləri Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiya olmasını bildiriblər.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının xarici əlaqələri çox genişdir və bu əlaqələr gündən-günə genişlənir. Ölkə daxilində partiyanın mövqeləri çox möhkəmdir. demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır.
Çıxışlardan sonra cari məsələlərə baxılıb. Hacan Hacıyev yekdilliklə "Dilarə Əliyeva 227" ərazi partiya təşkilatının sədri, Elşən Əliyev isə sədr müavini seçilib.
Sonda partiya sırlarına yeni qəbul edilmiş bir qrup şəxsə partiyanın üzvlük vəsiqələri təqdim edilib.