11 iyul 2022 20:53
988

Şeyma eks-misirli sevgilisi ilə...

Sosial media fenomeni Şeyma Subaşı ilə keçmiş misirli nişanlısı Mohammed Alsaloussi barışıb.

"İki sahil" Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük münasibətlərinə yenidən şans vermək qararı alıb. Şeyma ilə Mohammedin hazırda Parisdə lüks hoteldə birlikdə qaldığı iddia olunub. Mohammedin fenomenin qızı Melisa ilə istirahətdən görüntülərinin yayılması şayiələri gücləndirib.

Qeyd edək ki, bir müddət əvvəl Mohammedin israilli model Eden Polaniylə eşq yaşadığı və Parisdə olduqları iddia olunmuşdu.